Mərkəzi Bankdan gələn razılıq əsasında banklar bu gün avtomobil kreditlərini yeni şərtlər əsasında veriblər. Yeni şərtlərə əsasən, banklar öz vəsaitlərini yeni avtomobillər üçün - ilkin ödənişi 50 % olmaqla illik 14-23 % faizlə verəcək. 1 ildən çox sürülmüş avtomobillər üçünsə şərtlər bir qədər də ağırlaşıb. Belə avtomobil almaq istəyənlər ümumi məbləğin 70-80 %-ni əvvəlcədən ödəməli və qalan hissəni isə illik 17-27 % dərəcəsi ilə ödəməlidir. Bundan başqa, müştərilərə kredit verərkən onların yalnız banklara olan borcu deyil, digər öhdəlikləri də nəzərə alınır. Lakin yaranan vəziyyət maşın bazarında durğun vəziyyəti daha da gərginləşdirib.Yeni şərtlərə əsasən, banklar öz vəsaitlərini yeni avtomobilllər üçün ilkin ödənişi 50 % olmaqla illik 14-23 % faizlə verəcək