İspaniya Kral Kuboku: "Real Madrid" Barselona təmsilçisinin birini vurdu - VİDEO - FOTO

29 Yanvar 2014 10:53

İspaniya Kubokunda ilk yarımfinalçı bəlli olub.
 

Milli.Az-ın məlumatına görə, "Real Madrid" doğma azarkeşlər önündə Barselonanın təmsilçisi "Espanyol" ilə cavab oyunu keçirmişdi. "Kral" klubu minimal hesabla qalib gələrək növbəti mərhələyə adlayıb. "Real Madrid" "Atletik Bilbao" və "Atletiko Madrid" cütlüyünün qalibi ilə qarşılaşacaq.

28 yanvar

İspaniya Kuboku, 1/4 finalın cavab oyunları

"Real" (Madrid) - "Espanyol" (İlk oyun - 1:0) - 1:0
Qol:
Rodriqez, 8 (1:0)


29 yanvar
 

"Atletik Bilbao" - "Atletiko Madrid" (İlk oyun - 0:1)

"Barselona" - "Levante" ( İlk oyun - 4:1)


30 yanvar

"Santander" - "Real Sosyedad" (İlk oyun - 1:3)

Tuncay
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.