Həftənin ən gözəl qolları, ötürmələri və qurtarışları: "Canavar" ilə "Sinyora" zirvədə - VİDEO
17 Yanvar 2014 13:51
Milli.Az dünyanın məşhur idman saytı Top of the Week-ə istinadən futbola daha çox rəng qatan həftənin ən gözəl qollarını, ötürmələrini və qapıçı qurtarışlarını təqdim edir.
İzləyicilərin fikrincə, ötən həftə ən gözəl qolu "Canavarlar"ın futbolçusu Alessandro Florenzi vurub. O, 66,7% səslə həmkarlarından xeyli irəlidədir.
Qolların müəllifləri:
Alessandro Florenzi ( Roma) 66.7%
Jeison Murillo (Qranada) 16.7%
Tommi Smit (Ipsviç Toun) 8.3%
Xose Kalyexon (Napoli) 8.3%
Çarli Adam (Stok Siti) 0%
Ən gözəl və dəqiq qol ötürməsini isə "Liverpul" klubunun forvardı Daniel Starric edib. O, 40% səslə irəlidədir.
Dəqiq ötürmələrin müəllifləri:
Daniel Starric (Liverpul) 40%
Gökhan Inler ( Napoli) 20%
Aleksandr Kolarov (Mançester Siti) 20%
Nabil Ghilas ( Porto) 10%
Jasmin Kurtic (Sassuolo) 10%
Ən gözəl qapıçı qurtarışı "Yuventus"un əvəzolunmaz qolkiperi Canluici Buffona məxsusdur. O, 50% səslə öndədir.
Qapıçı seyvləri:
Canluici Buffon (Yuventus) 50%
Allan McGregor (Hall Siti) 30%
Stefane Ruffier (Sent-Etienn) 20%
Hugo Lioris (Tottenhem Hotspur) 0%
Co Hart (Mançester Siti) 0%
Səsvermə davam edir.
Tuncay Türbəndəzadə
Milli.Az
Qollar:
Ötürmələr:
Qurtarışlar: