"Qızl top"u Ronaldu qazansa da, Messi ondan yaxşıdır"

16 Yanvar 2014 16:02

"Messi iki matçdır sonradan oyuna daxil olur. Amma hazırda özünü yaxşı hiss edir. 90 dəqiqə oynaya biləcək durumdadır. Onun haqqında son qərarı yenə mən verəcəm".
 

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı məlumata görə, bu sözləri "Barselona"nın baş məşqçisi Xerardo Martino ölkə kubokunda "Hetafe" ilə oyunöncəsi deyib.
 

Kriştianu Ronaldunun "Qızıl top"u qazanmasına da münasibəti bildirən argentinalı mütəxəssis bildirib ki, onun üçün yenə də dünyanın ən yaxşısı Lionel Messidir:

"Ronaldunu təbrik edirəm. Çox önəmli bir mükafatı qazandı. Amma bu mükafatın ona verilməsi düşüncələrimi dəyişmədi. Mənim üçün hələ də dünyanın ən yaxşısı Messidir. O, bu, mükafatı qazanmadığı üçün məyus olmadı. "Qızıl top"u qazanmaqla, dünyanın ən yaxşısı olmaq fərqli şeylərdir".

Milli.Az