Cavanşir Məmmədovun avtomobilinə dəyən ziyanın miqdarı bəlli oldu

15 İyul 2013 13:47
Axşam.az-ın məlumatına görə, sənətçi qonaq olduğu ATV telekanalında yayımlanan "Gün keçir" verilişində avtomobilinə 20 min xərc çəkəcəyini deyib:

"Maşının qiyməti baha olduğundan təmir üçün lazım olan detallar da ucuz deyil. Təkcə "krılo"ya on min pul lazımdır. Ümumilikdə 20 min xərcləməliyəm. Son vaxtlar avtomobilimlə çox gündəmə gəldim. Bununla reklam olunmaq istəmirəm. Mən maşını reklam edirəm, o, məni yox".

Milli.Az