Viktoriyanın sirlərinin sirləri - VİDEO - FOTO

27 Mart 2013 23:35
Onların fotosessiyaları və videoçəkilişlərinin milyonlarla pərəstişkarı var.
Brendin son kolleksiyasının reklam çəkilişləri ABŞ-ın Florida ştatındakı Mayami şəhərində aparılıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, brendin "mələk"ləri Behati PrinsluAlessandra Ambrosio çəkilişlərə qatılmaqla yanaşı, prosesin özündən də bəhs ediblər.

"Çəkilişləri sərin studiyada aparmaq məntiqsiz olardı. Çimərlik geyimlərini reklam etdiyimiz üçün bu bikinilər və geyimlər məhz qızmar Günəş altında görünməlidir. Çəkilişlər bizə də xoş gəldi. İşimiz asan olmasa da, maraqlıdır", - 23 yaşlı Behati deyib.

31 yaşlı Ambrosio isə bildirib ki, indi ABŞ və Avropada havalar soyuq olsa da, Mayamidə yay havasıdır: "Burada yay mühiti, ab-havası var".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.