Tanınmış azərbaycanlı müğənni Xəzər sahilində göz yaşlarına qədər oxudu - VİDEO - FOTOSESSİYA

13 Mart 2013 16:45
Milli.Az xəbər verir ki, tanınmış estrada ulduzu Murad Sadıx Rusiyanın xalq artisti Aleksandr Serovun repertuarından ifa etdiyi "Я люблю тебя до слез" ("Mən səni göz yaşlarıma qədər sevirəm") mahnısına klip çəkdirib.

Hazırda montaj işləri gedən ekran işinin rejissoru Ramil Ağasıyev, operatoru "Deli" təxəllüslü Caviddir.

Əsasən Xəzər dənizinin Şüvəlan kəndi ərazisində aparılmış çəkilişlərdə əməkdaşımız da iştirak edib. Murad öz təəssüratlarını oxucularımızla belə bölüşdü: "Tamaşaçılar yaxşı bilir ki, 3 il bundan əvvəl Rusiyanın ORT telekanalı Aleksandr Serovun yubileyini qeyd edirdi.

Sürpriz bir təkliflə tanınmış teleaparıcı Andrey Malaxov məni aparıcısı olduğu "Пусть говорят" ("Qoy danışsınlar") verilişinə dəvət etdi və şəxsən Serovla tanış olmaq imkanı qazandım. Məlumunuz olsun ki, mənim ifamda məxsusi səslənən bu mahnı onun ilk ifaçısının çox xoşuna gəlir.

Bu səbəbdən də dostluq münasibətlərində olduğum Aleksandr Serov özü xeyir-dua verdi ki, mahnıya klip çəkdirim. Elə çəkilişə başladığımız anlarda Moskvaya zəng etdim, A.Serovdan bir daha icazə aldım. O razılıq verdi və söylədi ki, böyük məmnuniyyətlə klipi izləyəcək.

Fürsətdən istifadə edib komanda heyətinə, qapalı məkanda çəkiliş məkanını təşkil etdiyi üçün şəxsən dostum Nahid müəllimə dərin təşəkkürümü bildirirəm. Tərəf müqabilim və stilist Natiq Cavadov da minnətdarlıq etdiklərim sırasındadırlar.

Onlar heç bir təmənna güdmədən yanımda oldular. Və təbii ki, ən böyük sağolum hər kaprizlərimə sinə gələn valideynlərimin ünvanınadır. İnşallah, klip gözlədiyimizdən uğurlu alınar".

Şahin Cavadsoy
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.































Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.





Foto və video: Şahin Cavadsoy