Tanınmış azərbaycanlı müğənni qəzaya düşüb

15 Dekabr 2012 22:25
Azərbaycanın tanınmış müğənnisi Natəvan Həbibi qəzaya düşüb.

SİA-nın məlumatına görə, hadisə bu dəqiqələrdə Novxanı yolunda baş verib. Lider TV-də yayımlanan "Rəngarəng" verilinin çəkilişinə, xalq artisti Nazpəri Dostəliyevanın bağına gedən zaman baş verən qəzada xəsarət alan olmayıb.

Natəvanın sözlərinə görə, günah qarşı tərəfdə olub və problem yerində həll olunub.

Qeyd edək ki, hadisə zamanı həmkarı Elnur Məmmədov da Natəvanla eyni maşında olub.

Milli.Az