İbrahimoviç: "Hakimlər mənə işləsəydilər, mən də 90 qol vurardım"

11 Dekabr 2012 12:28
Milli.Az Sports-a istinadən xəbər verir ki, İsveç millisinin və PSJ klubunun forvardı  Zlatan İbrahimoviç "Barselona"nın hücumçusu Lionel Messinin bu il 86 qol vuraraq Gerd Müllerin rekordunu qırmasına münasibət bildirib.

L'Equipe bildirir ki, İbrahimoviç sabiq klubu "Barselona"nın ünvanına atmaca atıb.

"Əgər hakimlər bizim də komandanın lehinə "Barselona"ya olduğu kimi bu qədər penalti versəydilər, o zaman mən 86 yox, 90 qol vurardım", - deyə İbrahimoviç vurğulayıb.

Milli.Az