Röya Ayxanın fanatları müğənninin evinə axışırlar

19 Oktyabr 2012 12:57
Milli.Az xəbər verir ki, yerli şou-biznesdə son günlərin ən çox danışılan mövzularından biri də tanınmış estrada ulduzu Röya Ayxanın vətəni tərk edib İstanbula köçmək istəyidir.

Çoxları bu xəbəri ciddiyə almasalar da, üzülmək onun fanatlarının payına düşüb. Əldə etdiyimiz məlumata görə, neçə-neçə pərəstişkarı "Röya, sən bizimsən!", "Röya, getmə!" şüarlarının yazıldığı plakatlarla müğənninin Bakı kəndlərinin birində yerləşən evinin qarşısına axışacaqlar.

Fanat aksiyasının günorta saatlarında başlanacağı bildirilir.  

Şahin Cavadsoy
Milli.Az