Oksana danışdı: "Boşanıram və..."

18 Oktyabr 2012 15:05
"Azadinform" zərif tərəfin açıqlamasına istinadən onların artıq bir yerdə yaşamadığını xəbər verir. Boşanma prosesinin tezliklə başlanacağını deyən Oksana bunları deyib: "Mən artıq çoxdandır ki, boşanma ilə bağlı məhkəməyə müraciət etmişəm. Boşanıram və qərarım qətidir. Boşanma səbəbləri haqda danışmaq istəmirəm. İnandırım sizi, mən evliliyimizi qorumaq üçün əlimdən gələni etdim, amma alınmadı. Elə məsələlər var ki, tək məndən asılı deyil, onlar haqda danışıb, qalmaqal, dava yaratmaq istəmirəm".

Xatırladaq ki, E.Xose ilə O.Rəsulova martın 27-də ailə həyatı qurublar. Sentyabr ayından isə artıq cütlüyün boşanması ilə bağlı söz-söhbətlər dolaşmağa başlayıb.

Milli.Az