İraq baş nazirinin müavini Azərbaycana səfər edəcək

29 May 2012 16:59
İraqın baş nazirinin müavini Saleh əl-Mütləq iyunun 28-də Bakıda keçiriləcək "Crans Montana" enerji forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib.

Əl-Mütləqin Azərbaycanın bəzi rəsmi şəxsləri ilə görüş keçirəcəyi gözlənilir.

Milli.Az