Müğənni Nura Suriyə "kişi hədiyyəsi" verdilər

4 Aprel 2012 14:39
Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, A.Qazıyev şəxsi kolleksiyasındakı qalstuklardan birini ifaçıya hədiyyə edib.
Xatırladaq ki, Nura Suri yerli telekanallardan birinə açıqlamasında A.Qazıyevdən qalstuklarından birini ona verməsini istəmişdi.

"Bütün qadınlar bilirlər ki, mən qalstuk həvəskarıyam. Məndə çox qalstuk var. Hədiyyəm Nura Suriyə yaradıcılığında azacıq da olsa, kömək edəcəksə, məmnuniyyətlə ona bu hədiyyəni edərəm. Ona uğurlar arzulayıram", - deyə A.Qazıyev bildirib.

Milli.Az