Azəri Günel Almaniyada səhnəyə niyə çıxmadı? - FOTO

19 Mart 2012 09:46
Ayın 16-da yola düşən sənətçi hazırlığın yüksək səviyyədə təşkilini nəzərə alıb. Lakin konsertə az zaman qalanda səhnəyə çıxmaqdan imtina edib. Bu barədə Milli.Az-a məlumat verən sənətçi bildirib ki, təşkilati işlər axsadığı üçün bu qərarı verib.

"Konsert hazırlıqları doğru şəkildə təşkil edilməmişdi. Bu səbəbdən konserti təxirə saldım".

Qeyd edək ki, konsertin bir neçə gün sonraya keçirilməsi planlaşdırılsa da, Günel bununla razılaşmayıb. Amma Almaniyada olduğu saatlarda vaxtını maraqlı keçirib. Gəzintiyə çıxıb, hətta Novruz əhvalı yaradıb. Növbəti gün  Almaniyadan birbaşa Rumıniyaya uçub. Orada Azəri Günelin növbəti konserti təşkil ediləcək.

Zəminə
Milli.Az
 
Böyütmək üçün şəkillərə klikləyin.