Mobil telefon

LTE GSM-i üstələyəcək

24 İyun 2017 07:31
0 Şərh     Baxış: 1 205
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ericsson" şirkəti yeni hesabat hazırlayaraq 2018-ci ildə abunəçilərin sayına görə kütləvi rabitə texnologiyası statusunun "GSM"-dən "LTE" (4G) texnologiyasına keçəcəyini açıqlayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hesabata görə, "LTE" 2,5 milyard abunəçini əhatə etmək üçün 5 il sərf etdiyi halda "WCDMA/HSPA" və ya "3G" bu göstəriciyə 8 ilə nail olub.
Sənəddə, həmçinin qeyd olunur ki, təkcə cari ilin birinci rübündə dünyada "LTE" texnologiyasının istifadəçilərinin sayı 250 milyon abunəçi artıb.

Bundan başqa, "Ericsson" bildirir ki, 2022-ci ilədək yarım milyardadək "5G" istifadəçisinin ("Əşyalar interneti" (IoT) üçün texnologiyalardan istifadə nəzərə alınmadan) qoşulması gözlənilir. Bu isə o deməkdir ki, "5G" texnologiyasından planet əhalisinin təxminən 15 faizi istifadə edəcək.

"Ericsson" şirkətinin strateji planlaşdırma şöbəsinin rəhbəri Niklas Heveldop bildirib ki, "4G" istifadəçilərinin sayı sürətli templərlə artır, "LTE" vasitəsilə səsin ötürülməsi texnologiyasının populyarlığı sürətlənir, ötürülən trafikin həcminin artımı isə 2013-cü ildən bəri qeydə alınmayan səviyyəyə çatıb. "Mənə sənayedə şəbəkələrin təşəkkülü istiqamətində atılan addımları müşahidə etmək çox xoşdur. Məsələn, bu məqsədlə "5G" şəbəkəsinin sürətli tətbiqinə imkan verəcək "Non-Standalone 5G New Radio" (NR) qeyri-avtonom radiorabitə texnologiyası təsdiq edilib. Proqnozlara görə, 2022-ci ilədək "5G" şəbəkə istifadəçilərinin sayı yarım milyarda çatacaq və standart dünya əhalisinin 15 faizini əhatə edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.