Mobil telefon

“Android Market”in sonu çatır

24 İyun 2017 08:21
0 Şərh     Baxış: 1 423
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google" şirkəti "Android 2.1 Eclair" və əməliyyat sisteminin daha əvvəlki versiyaları üçün "Android Market" onlayn mağazasının dəstəklənməsinin dayandırılacağını rəsmən açıqlayıb. Cari ilin iyunun 30-dan etibarən əməliyyat sisteminin bu versiyaları ilə işləyən qurğu istifadəçiləri mağazaya daxil olmaq və oradan proqramlar yükləmək imkanından yararlana bilməyəcəklər.  

Milli.Az ICTnews-a istinadən bildirir ki, dəstəyin dayandırılması barədə istifadəçilərə əvvəlcədən bildiriş göndərilməyəcək.

Xatırladaq ki, "Android Market" 2012-ci ildə istifadəyə verilən "Google Play" mağazasını əvəz edir. "Android 2.1 Eclair" əməliyyat sistemi 2009-cu ilin oktyabrında buraxılıb. "Google Play" onlayn mağazası "Android 2.2 Froyo" və sistemin daha sonrakı versiyaları ilə işləyən qurğular üçün nəzərdə tutulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.