Mobil telefon

Samsung Galaxy Note 7 satılacaq

24 İyun 2017 08:41
1 Şərh     Baxış: 1 360
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərpa edilən "Samsung Galaxy Note 7" smartfonunun rəsmi buraxılışı iyulun 7-nə təyin olunub. Şirkət qurğunu Cənubi Koreya daxil olmaqla bir sıra bazarlara çıxarmağı planlaşdırır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Samsung" şirkəti "Galaxy Note FE" adlanacaq modelin yeni istehsalına başlamayaraq az batareya tutumu ilə təchiz edilən bir neçə nümunəni təmir etmək və başqa dəyişikliklər etməmək qərarına gəlib.  

Məlumata görə, "Galaxy Note FE" 5,7 düym diaqonallı "Quad HD Super AMOLED" ekran, 4 giqabayt operativ yaddaş tutumuna malik "Samsung Exynos 8890" prosessoru ilə təchiz ediləcək. Bundan başqa, qurğunun arxa tərəfində 12, ön tərəfində 5 meqapikselli kamera quraşdırılacaq. Modelin akkumulyator tutumu nisbətən zəif olacaq. "Galaxy Note 7" modelində akkumulyatorun tutumu 3,500 milliamper/saat təşkil edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.