Mobil telefon

Timati özünün mobil rabitə operatorunu yaradır

24 İyun 2017 08:15
0 Şərh     Baxış: 1 199
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış repçi Timati özünün şəxsi mobil rabitə operatorunu işə salacaq.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  sənətçi həmçinin internet bankçılığı ilə məşğul olmaq niyyətindədir. Artistin mobil rabitəsi "Stars" adlanacaq. Şəbəkəni ötən il mobil rabitə bazarına çıxan "Atlas" şirkəti quracaq. Layihənin əsas hədəf auditoriyası 16 yaşdan 25 yaşına qədər olan yeniyetmələrdir.
 
Timati bildirib ki, layihənin reallaşdırılması bir neçə mərhələdən ibarət olacaq və bir ildən sonra başa çatacaq. İlk olaraq müştərilərə "Cashback" açıq olacaq, onun fəaliyyətə başlaması sentyabr ayı üçün nəzərdə tutulub. Yeni il ərəfəsində mobil rabitə tam fəaliyyətə başlayacaq. Gələn ilin yazında isə internet bankçılığı işə düşəcək. Bu xidmətləri gənc nəsil müxtəlif endirimlərlə və xüsusi aksiyalarla əldə edə biləcək. "Stars" mobil rabitəsinin istifadəçiləri internetdə musiqiyə limitsiz çıxış əldə edəcəklər, həmçinin konsert və digər tədbirlərə endirimlər qazanacaqlar.
 
Analitiklərin sözlərinə görə, bazarda seçim böyük olduğundan Timatinin bu işdən ciddi gəlir əldə etməsi gözlənilmir. Hazırda rusiyalıların əlində 250 milyon ədədə yaxın sim kart mövcuddur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.