Mobil telefon

Nokia 9 daha güclü olacaq

22 İyun 2017 08:01
0 Şərh     Baxış: 1 225
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə aydır Finlandiyanın "HMD Global" şirkəti "Nokia 9" smartfon modelinin hazırlanması ilə məşğuldur. İki həftə əvvəl internetdə yeni qurğunun texniki xüsusiyyətləri barədə məlumatlar yayılmağa başlayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki,  "Nokia 9" 2560x1440 piksel təsvir ölçülü 5,3 düym diaqonallı ekran, 4 giqabaytlıq operativ yaddaş, iki 13 meqapikselli modula malik əsas kamera, "Snapdragon 835" prosessoru və "Android 7.1.1 Nougat" əməliyyat sistemi ilə təchiz ediləcək. Lakin son məlumatlara görə, yeni smartfon gözləniləndən daha güclü olacaq.

Məlumata görə, qurğunun ABŞ Federal Rabitə Komissiyasında (FCC) sertifikasiyadan keçməsindən məlum olub ki, "Nokia 9" adı ilə 4, 6 və 8 giqabayt operativ yaddaş tutumuna malik smartfonlar buraxılacaq. Sənəddə, həmçinin qeyd olunub ki, Finlandiya istehsalçısının TA-1004 kod adını TA-1012 adına dəyişməsi ilə əlaqədar olaraq qurğunun 4 giqabaytlıq operativ yaddaşa malik versiyası satışa çıxarılmayacaq.

"Nokia 9" smartfonunun nümayişi iyunun sonuna nəzərdə tutulur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.