Mobil telefon

Ən yaxşı 5 smartfon - REYTİNQ

17 İyun 2017 08:15
0 Şərh     Baxış: 1 677
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Consumer Reports" qeyri-kommersiya təşkilatı smartfonların yenilənmiş reytinqini dərc edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, reytinq onların istifadəçilərinin razılıq səviyyəsi nəzərə alınmaqla hazırlanıb.

"Samsung Galaxy S8" və "Galaxy S8+" smartfonları 82 bal toplayaraq reytinqə başçılıq edir. Ancaq "Consumer Reports" ilk yerə böyük diaqonallı displeyə və daha yaxşı avtonomluğa malik "Galaxy S8+" modelini qoyur.

Onların ardınca 77 bal nəticə ilə "Samsung Galaxy S7 Edge" smartfonu gəlir. Dördüncü yeri ilin əvvəlində istehsal edilmiş LG G6 smartfonu tutur. "iPhone 7 Plus" smartfonu isə beşinci mövqedə qərarlaşıb.

"Consumer Reports" flaqman "Samsung" smartfonlarını onların möhtəşəm kamerası və displeyi, həmçinin sukeçirməzliyi və olduqca enerji ilə doldurulmadan çox vaxt işləməsinə görə həddindən çox tərifləyib. Ancaq reytinqin müəllifləri həmçinin etiraf ediblər ki, smartfonlar olduqca baha qiymətədir. "iPhone 8"-in çıxması ilə reytinqdəki vəziyyət dəyişməlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.