Mobil telefon

“Huawei” “Apple”dən çox smartfon satıb

15 İyun 2017 08:35
0 Şərh     Baxış: 1 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən ilin dekabrında "Huawei" şirkəti "Apple"dən çox smartfon satıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu müsahibəsində "Huawei India" şirkətinin rəhbəri Allen Vanq (Allen Wang) bildirib.

Bundan öncə "Huawei" dəfələrlə bildirib ki, bir neçə il ərzində dünya üzrə smartfon tədarükündə "Apple"i qabaqlamaq niyyətindədir. Çox güman ki, bu ilk işartıdır.

A.Vanqın sözlərinə görə, ötən ilin dekabrında "Huawei" dünya smartfon bazarının 13,2 faizini tutub, "Apple"ə isə bu bazarın 12 faizi məxsusdur. Anlaşılmayan odur ki, hansı səbəbdən bu böyük qələbə barədə ancaq indi elan edirlər. Ancaq yenə də "Huawei"in informasiyası heç də dəqiq olmaya bilər.

"Huawei" rəsmisi əlavə edib ki, şirkət dünyanın bəzi ölkələrində bu bazarın lideri olan "Samsung" şirkətini qabaqlayıb. Ancaq bu ölkələrin adlarını açıqlamayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.