Mobil telefon

“Qualcomm”un daha güclüü versiyası hazırlanıb

13 İyun 2017 08:01
0 Şərh     Baxış: 960
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən ay "Qualcomm" şirkətinin növbəti qabaqcıl "Snapdragon 845" prosessoru haqqında ilk şayiələr yayılmağa başlayıb. Yeddi nanometrlik texnoloji proses üzrə hazırlanacaq yeni prosessorun əsasında ilk qurğunun "LG G7" smartfonu olacağı gözlənilir. Çin mənbələrinin məlumatına görə, şirkət ötən il olduğu kimi, ilin ikinci yarısında qabaqcıl prosessorun təkmilləşdirilmiş versiyasını buraxmağı planlaşdırır. Odur ki, hazırkı "Snapdragon 835" və gələcək "Snapdragon 845" arasında yaxın həll "Snapdragon 836" prosessoru ola bilər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Snapdragon 836" maksimal 2,5 qiqahers takt tezliyində işləyəcək. Bu, indiki "Snapdragon 835" prosessorundakı 2,45 qiqahers takt tezliyi ilə müqayisədə bir qədər çoxdur. Yeni çipin qrafik sürətləndiricisinin 740 meqahers takt tezliyində işləyəcəyi bildirilir.

"Snapdragon 835" prosessoru ilə təchiz ediləcək mümkün qurğular arasında "Samsung Galaxy Note 8" və ikinci nəsil "Google Pixel/Pixel XL" smartfon modelləri qeyd olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.