Mobil telefon

“Samsung” ucuz “J” smartfonlarını yenilədi

10 İyun 2017 08:59
1 Şərh     Baxış: 2 133
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Samsung" şirkəti ucuz "Galaxy J" smartfon seriyasını müasirləşdirib. "J3" modeli 5 düymlük "HD" formatlı ekran, 1,4 QHs takt tezlikli dördnüvəli "Exynos 7570" prosessoru, 2 QB əməli yaddaş və 16 QB daxili yaddaş, həmçinin 2400 milliamper/saat tutumunda batareya ilə təchiz edilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, daha bahalı "J5" və "J7" modelləri "Super AMOLED" texnologiyası üzrə hazırlanmış müvafiq olaraq 5,2 və 5,5 düymlük "HD" displeylər, "microSD" kartlar (256 QB-dək) hesabına artırıla bilən 16 QB-lıq fləş daşıyıcı, dördnüvəli çiplər (1,6 QHs), 13 meqapiksellik əsas və ön kameralarla təchiz edilib. "J7" modelində əməli yaddaşın tutumu 3 QB təşkil edir.

Təqdim edilmiş yeni smartfon modelləri "Android" mobil əməliyyat sisteminin yeni "Nougat" versiyası ilə işləyir. Hər üç aparat qara və ya qızılı rənglərdə əlçatan olacaq.

Avropada 279 avro dəyərində olan "J5" smartfonunun satışına iyunda, 339 avro dəyərində olan "J7" modelinin satışına isə iyulda başlanılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.