Mobil telefon

“Huawei Honor 9” şüşə korpuslu olacaq

10 İyun 2017 08:21
0 Şərh     Baxış: 1 329
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnternetdə şəkilləri yayılan yeni "Huawei Honor 9" smartfonu metal çərçivəli şüşə korpusla təchiz ediləcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, fotoşəkillərlə yanaşı, internetdə smartfonun təqdimatının yeri və tarixi barədə informasiya yerləşdirilib. Yeni qurğunun fotoşəkillərdə başqa rakursda təqdim edildiyi qeyd olunur.

Məsələn, smartfonun korpusunun fraqmentinin nümayiş etdirildiyi fotoşəkilə görə, yeni qurğunun ön və arxa paneli perimetr üzrə smartfonu əhatə edən şüşədən və metal çərçivədən düzəldilib.

İstehsalçı nümayəndələrinin sözlərinə görə, qurğu qoşa tipli arxa kamera ilə təchiz ediləcək. Öz növbəsində mütəxəssislər tərəfindən yeni smartfonda bəzi çatışmazlıqlar da aşkar olunub. Məsələn, onlar 3,5 millimetrlik qulaqcıqlar üçün çıxışın quraşdırılmamasını qeyd edirlər.

Yeni qurğu haqqında daha ətraflı məlumatın iyunun 12-də Şanxayda keçiriləcək rəsmi təqdimat zamanı veriləcəyi gözlənilir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.