Mobil telefon

"Android"in yaradıcısı smartfon hazırlayıb

30 May 2017 07:41
0 Şərh     Baxış: 1 339
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il məlum olub ki, "Android" mobil əməliyyat sisteminin yaradıcılarından biri Endi Rubin "Android" sistemi ilə işləyən qabaqcıl smartfon təqdim etmək niyyətindədir. Cari ilin əvvəlində onun tərəfindən əsası qoyulmuş "Essential Products" şirkəti cihazın istehsalı və buraxılışı ilə məşğul olacaq. Endi Rubin "Google", "Apple", "Samsung" və başqa şirkətlərin keçmiş əməkdaşlarını bir araya toplayıb. Martın sonunda gələcək smartfonun ilk görüntüsü dərc edilib. İndi Endi Rubin smartfonun təqdimetmə tarixini açıqlayıb və gələcək aparatın təsvirini dərc edib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, smartfon 2560x1312 piksel təsvir ölçülü çərçivəsiz 5,5 düymlük ekran, 2,2 QHs takt tezlikli 8 nüvəli "Snapdragon 835" prosessoru, 4 QB əməli yaddaş, 16 QB daxili yaddaş, 12 meqapiksellik əsas və 8 meqapiksellik ön kameralarla təchiz edilib.
 
"Android" sisteminin yaradıcısı tərəfindən yaradılmış smartfon haqda bütün təfərrüatlar 30 may tarixində məlum olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.