Mobil telefon

Yeni messencer yaradıldı - "TamTam"

27 May 2017 08:55
1 Şərh     Baxış: 1 438
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mail.Ru Group" telefonun yaddaşındakı və "Mail.Ru Group" layihələrinin istifadəçiləri arasındakı dostlarla əlaqə qurmağa imkan verən yeni messencer istifadəyə verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "TamTam" adlanan messencer bütün dünya üzrə "Android" və iOS əməliyyat sistemləri ilə çalışan smartfon sahibləri üçün əlçatandır. Yeni proqram əlavəsi "Odnoklassniki" sosial şəbəkəsinin "OK Soobşeniya" messencerinin bazasında yaradılıb və online əlavə mağazalarında onu əvəz edəcək.
 
"TamTam" vasitəsilə dostlarla yazışmaq, qrup çatlarında söhbət etmək, gif-animasiyalı stikerlərlə bölüşmək, foto, video və audioyazılar göndərmək mümkündür. Proqram zəif internet bağlantısı zamanı da stabil çalışır. Oflayn rejimdə də məlumat göndərmək mümkündür, bu halda internet bağlantısı yaranan kimi mesaj ünvana çatmış olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.