Mobil telefon

Rusiyada ən populyar messencerlər - REYTİNG

27 May 2017 08:45
0 Şərh     Baxış: 1 500
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Kommersant" qəzeti "Mediascope" şirkəti ilə birlikdə bu ilin mart ayı üçün Rusiyanın ən populyar messencerlərinin reytinqini dərc edib.

İKT.lent.az-ın "ixbt.com" saytına istinadən verdiyi məlumata görə, tədqiqat auditoriyası 12 yaşdan 64 yaşa qədər olan insanlar arasında, 700 mindən çox əhaliyə malik şəhərlərdə keçirilib.
 
Rusiya bazarının lideri ABŞ-ın "Facebook" şirkətinin "WhatsApp" messenceridir. Mart ayında bu messencerə azı ayda bir dəfə daxil olan 10,7 milyon nəfər istifadəçi qeydə alınıb. Onlardan 5,7 milyon nəfəri "WhatsApp"a gündəlik daxil olur. Bir il öncə Rusiyada "WhatsApp"ın istifadəçi bazası 9,5 milyon nəfər təşkil edib ki, onlardan da 4,7 milyonu gündəlik daxil olub.
 
İkinci yeri "Viber" messenceri tutur. Onun istifadəçi bazası 8,7 milyon nəfər təşkil edir ki, onlardan da 3,9 milyonu gündəlik bu əlavədən istifadə edirlər.
 
Üçüncü yeri əhəmiyyətli dərəcədə geri qalmaqla "Skype" tutur. Onun aylıq giriş auditoriyası 3,5 milyon nəfərdir ki, onlardan 0,7 milyonu gündəlik olaraq bu messenceri açır.
 
Sonrakı yerlərdə "Telegram", "Facebook Messenger", "Hangouts", ICQ və "Mail.Ru Agent" gəlir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.