Mobil telefon

Təhlükəsiz LG X Venture smartfonu təqdim olundu

27 May 2017 07:22
0 Şərh     Baxış: 1 053
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreyanın "LG Electronics" korporasiyası tərəfindən təqdim edilmiş orta səviyyəli yeni smartfon yüksək təhlükəsizlik imkanlarına malikdir.

"LG X Venture" modeli "IP68" və "MIL-STD 810G" standartlarına cavab verir və bu, o deməkdir ki, qurğu 30 dəqiqə ərzində 1,5 metr dərinliyində suyun içində qala bilər. Bundan başqa, telefon zərbələrə, toz və suya qarşı davamlıdır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, smartfon "IPS" matrisi və "In-Cell Touch" sensor texnologiyası üzrə hazırlanmış "Full HD" (1920x1080 piksel) 5,2 düymlük ekranla təchiz edilib. Aparat 1,14 takt tezlikli 8 nüvəli "Qualcomm Snapdragon 435" prosessoru, 2 QB əməli yaddaş və 32 QB-lıq daimi yaddaşa malikdir.

Əsas kameranın təsvir ölçüsü 16 meqapiksel, ön kamerada isə 5 meqapikseldir.

Telefon 4100 milliamper/saat tutumlu akkumulyator batareyasına malikdir və "Android 7.0 Nougat" mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir. Smartfonun qalınlığı 9,3 mm, çəkisi isə 167 qr-dır.

26 may 2017-ci il tarixində satışa çıxarılacaq "LG X Venture" smartfonunun qiyməti təxminən 330 dollar təşkil edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.