Mobil telefon

“iPhone”un yaddaşını təmizləmək üçün gizli funksiya

25 May 2017 08:55
0 Şərh     Baxış: 2 082
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mütəxəssislər "iPhone" smartfonlarının yaddaşının təmizlənməsinin yolunu tapıblar.  

Milli.Az lent.az-a istinadən xəbər verir ki, mütəxəssislər bütün dünya üzrə bir çox "Apple" istifadəçilərinə məxfi funksiyalar barədə danışıblar.
 
Müəyyən edilib ki, "iPhone" sahibləri heç bir çətinlik çəkmədən öz smartfonlarının yaddaşını təmizləyə bilərlər. Bunun üçün iOS əməliyyat sisteminin 10-cu versiyasına əlavə olunmuş məxfi funksiyadan istifadə etmək lazımdır.  
 
Ekspertlər bildiriblər ki, "Musiqi" bölməsində "Saxlancın optimizasiyası" seçimi yerləşir və o, söndürülmüş vəziyyətdə olur. Bu funksiyanı aktivləşdirdikdən sonra istifadəçi yeni audioyazılar üçün yaddaşı təmizləmək imkanı əldə edir.
 
Belə bir sistem orijinal xüsusiyyətə - "ağıllı təmizləmə"yə malikdir ki, bu da uzun müddət dinlənilməyən faylları silərək təmizləyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.