Mobil telefon

400 milyon insan 5G-dən istifadə edəcək

25 May 2017 08:45
0 Şərh     Baxış: 1 186
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ildə təxminən 400 milyon insanın 5G xidmətlərindən istifadə edəcəyi gözlənilir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, belə bir proqnozla "Ovum" şirkətinin mütəxəssisləri çıxış edib. Onların fikrincə, yüksək sürətli şəbəkə abunəçilərinin sayı sürətlə artmaqda davam edəcək.
 
Bundan əvvəl "Ovum"da hesab edirdilər ki, 2021-ci ildə 5G xidmətlərindən istifadə edən istifadəçilərin sayı 24 milyon nəfər təşkil edəcək. Yeri gəlmişkən, GSMA monitorinqinə əsasən artıq 2025-ci ildə istifadəçilərin sayı 1,1 milyard nəfərə çatacaq.
 
Xatırladaq ki, 5G şəbəkəsinin kommersiya istifadəsinə 2020-ci ildə başlanacaq. Bəzi operatorlar artıq beşinci nəsil rabitənin sınaqlarını aparırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.