Mobil telefon

Selfie üçün yeni smartfon - VİDEO

25 May 2017 08:11
0 Şərh     Baxış: 1 304
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Oppo" şirkəti "selfie" həvəskarları üçün nəzərdə tutulan yeni "Oppo A77" smartfon modelini nümayiş etdirib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu məqsəd üçün qurğuda əlavə xüsusi portret rejimi və "Beauty 4.0" təsvirlərinin dərhal emalı üçün alətlər dəstindən ibarət "f/2,0" maksimal diafraqmalı 16 meqapikselli ön kamera quraşdırılıb. Smartfon  1920x1080 (Full HD) piksel təsvir ölçülü 5 düymlü ekran, 1,5 qiqahers takt tezlikli səkkiznüvəli "MediaTek MT6750T" prosessor, 4 qiqabayt operativ və 64 qiqabayt tutumlu quraşdırılmış yaddaşla təchiz edilib.

Əsas kamera "f/2,2" maksimal diafraqmalı 13 meqapikselli modul, mərhələli avtomatik fokuslama və iki işıqlandırıcı ilə təchiz olunub. Akkumulyatorun tutumu 3200 milliamper/saat təşkil edir. Korpusu metaldan ibarət qurğunun "Home" düyməsində barmaq izi skaneri quraşdırılıb. Dördüncü nəsil mobil rabitə şəbəkələrində (4G) işi dəstəkləyən və qiyməti 360 dollara bərabər smartfon "Android Marshmallow" əməliyyat sisteminin "ColorOS 3.0" versiyasının idarəetməsi ilə işləyir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Selfie üçün yeni smartfon

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.