Mobil telefon

“Android” əlavələrinin həcmi azaldılacaq

25 May 2017 07:41
0 Şərh     Baxış: 1 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Smartfon və planşetlərdə çox vaxt yaddaşın əsas hissəsini mobil əlavələr tutur. Bu, aztutumlu quraşdırılmış yaddaşa malik və genişləndirmə imkanı olmayan qurğular üçün böyük problemlər yaradır. Vəziyyəti düzəltmək istəyən "Google" şirkəti istehsalçıları qurğuda daha böyük tutuma malik yaddaş quraşdırmağa məcbur edə bilməsə də, əlavələrin həcmini azaltmağa çalışacaq.  

Milli.Az ICTnews-a istinadən bildirir ki, proqram tərtibatçıları üçün "I/O 2017" konfransı zamanı şirkət "APK" (Android Package) formatlı faylların avtomatik optimallaşdırılması üçün yeni alət təqdim edib. İdeya istifadəçilərin APK fayllarında kiçikölçülü əlavə əldə etmələrinə görə lazımsız faylların ləğv edilməsindən ibarətdir.

Bildirilir ki, "Android" əməliyyat sisteminin idarəetməsi ilə müxtəlif konfiqurasiyalı çoxlu qurğunun işləməsi səbəbindən proqram tərtibatçıları əlavəyə bütün bu konfiqurasiyaların dəstəklənməsini əlavə etməyə məcbur olurlar. Lakin bundan sonra proqram tərtibatçıları bütün qurğular üçün lazımlı toplu və resurslardan ibarət universal "APK" faylını yükləyə biləcək, öz növbəsində "Google" faylı konkret istifadəçiyə çatdırmazdan əvvəl lazımsız faylları filtrdən keçirəcək.

Məsələn, əlavədə "ARM" və "x86" prosessorları üçün toplu yer ala, lakin istifadəçiyə onların hər ikisi lazım olmaya bilər. Məhz buna görə "APK" faylı "ARM" prosessorlu smartfona göndərilməzdən əvvəl "Google" orada "x86" prosessoruna aid bütün topluları siləcək. Bu, əlavələrin həcmini orta hesabla 20 faiz kiçiltməyə imkan verəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.