Mobil telefon

Yeni Samsung Galaxy J3 göstərildi

18 May 2017 07:11
3 Şərh     Baxış: 1 175

"Samsung" şirkəti yeni "Galaxy J3" (2017) smartfonunu təqdim edərək "J Series" qurğular ailəsinin sayını artırıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Galaxy J3" 1280 x 720 piksel təsvir ölçülü 5 düymlü ekran, 1,4 giqahers takt tezliyinə və "Mali-T720" qrafik sürətləndiricisinə malik dördnüvəli "Exynos 7570" prosessor, 1,5 giqabaytlıq operativ və 16 giqabaytlıq quraşdırılmış yaddaş ilə təchiz edilib. Həmçinin, 128 giqabayt tutumlu "microSD" yaddaş kartını qoşmaq mümkündür.

Smartfonun əsas kamerası 5 meqapikselli matrisa və LED işıqlandırmasından istifadə edir, ön kameranın təsvir ölçüsü 2 meqapikselə bərabərdir. Bundan başqa, "4G LTE", "GPS/GLONASS", "Wi-Fi 802.11b/g/n" və "Bluetooth 4.1" interfeyslərinə malik qurğu 2600 milliamper/saat tutumlu akkumulyatorla təchiz olunub.

"Android 7.0 Nougat" əməliyyat sisteminin idarəetməsi ilə işləyən "Galaxy J3" (2017) smartfonunun qabaritləri 140,9 x 70,1 x 8,7 mm, çəkisi 147 qram təşkil edir.

Məlumata görə, hazırda yalnız ABŞ-da satılan smartfonun satış coğrafiyası bununla məhdudlaşmayacaq və tezliklə onu digər ölkələrdə də əldə etmək mümkün olacaq.

Gümüşü rəngdə təqdim olunan "Samsung Galaxy J3" (2017) modelinin qiyməti 180 dollar təşkil edir. Qurğunun digər regionlarda nə vaxt satışa çıxarılacağı ilə bağlı məlumat verilmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Sara · 18 May 07:3410

    Rusiyada coxdan satilir artiq

    Cavab yaz
  • Anonim
    Baku · 18 May 07:5120

    Burda atalarinin qiymetin qoyurlar ustune

    Cavab yaz
  • Anonim
    Balaken Qabaxçöl · 18 May 11:4900

    Ay da bu hela Azerbaycanda indimi cixir men kecan il almiwam Rassiyadan 13000 rubila

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.