Mobil telefon

Dünyada ən çox satılan smartfon hansıdır? - SİYAHI

13 May 2017 08:59
2 Şərh     Baxış: 2 384
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Strategy Analytics" şirkətinin analitiklərinin məlumatına əsasən, "Apple iPhone 7" smartfonları bu ilin birinci rübündə dünyada ən çox satılan smartfon olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, cihaz bu ilin ilk üç ayında 21,5 milyon ədəd tirajla satılıb və bu da ona bazarın 6,1 faizini tutmağa imkan verib.

İkinci yerdə "iPhone 7 Plus" gəlir. Bu smartfon 17,4 milyon ədədlə satılıb və bazarın 4,9 faizinə sahib olub. Yəni hər iki "Apple" smartfonu ümumilikdə ilin ilk rübündə bazarın 10 faizini tutub.

Maraqlıdır ki, liderlərin ilk üçlüyünü heç də "Samsung" cihazı qapamır. Üçüncü yerdə "Oppo R9s" qərarlaşıb. Bu smartfon bazarın 2,5 faizinə sahib olub və 8,9 milyon ədəd nüsxə ilə satılıb.

Sonrakı yerləri isə 2016-cı il istehsalı olan "Samsung Galaxy J3" və "Galaxy J5" tuturlar. Bu smartfonlar müvafiq olaraq 6,1 və 5 milyon nüsxə ilə satılıb, bazarın 1,7 və 1,4 faizinə sahib olublar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.