Mobil telefon

“Instagram”da aktiv istifadəçilərin sayı 700 milyonu ötdü

29 Aprel 2017 08:25
0 Şərh     Baxış: 979
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Facebook" sosial şəbəkəsinin foto xidməti "Instagram"ın aktiv aylıq istifadəçilərinin sayı 700 milyon nəfəri ötüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Instagram"ın bloqunda məlumat verilib.
 
2010-cu ilin oktyabrında yaradılan xidmət 100 milyon aktiv istifadəçi sayına 2013-cü ilin fevralında çatıb. 200 milyonluq hədd 2014-cü ilin martında keçilib. O vaxtdan 2016-cı ilin dekabrında qədər fəal istifadəçilərin sayı hər 9 aydan bir 100 milyon nəfər artıb. Yarım milyardlıq auditoriya səviyyəsinə çatdıqdan yarım il sonra - ötən ilin dekabrında "Instagram" 600 milyon rəqəminə yetişdiyini açıqlayıb. Bundan sonra isə növbəti 100 milyon həddi aşmağa cəmi 4 ay lazım olub.   
 
Xatırladaq ki, bu günlərdə "Instagram" xidməti "Android" üçün yenilənmiş versiyanı istifadəyə verib. Bu versiya bəzi funksiyaları offlayn rejimində dəstəkləyir. Bu cür funksiya məhdud internet imkanlarının olduğu regionlarda şəbəkənin populyarlığını artıracaq və növbəti 100 milyonluq həddin aşılması yəqin ki, daha tez mümkün olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.