Mobil telefon

Samsung Galaxy S8-lə alış-veriş baxışla təsdiqlənəcək - VİDEO

27 Aprel 2017 07:33
0 Şərh     Baxış: 1 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni qabaqcıl "Samsung Galaxy S8" və "Galaxy S8 Plus" smartfon modellərinin başlıca xüsusiyyətlərindən biri gözün qüzehli qişası skaneridir. İstehsalçı bu avtorizə üsulunun istifadəçinin şəxsiyyətinin biometrik yoxlanışı üçün digər metodlardan, o cümlədən barmaq izi skanerindən daha təhlükəsiz olmasına görə məhz ona xüsusi diqqət yetirir. Bu yaxınlarda təqdim olunan "The Korea Herald" hesabatında "Samsung" şirkəti tərəfindən gözün qüzehli qişası skanerindən "Samsung Pay" kimi ödəniş sistemləri vasitəsilə maliyyə əməliyyatlarının təsdiqi üçün istifadəsinin mümkünlüyünün nəzərdən keçirilməsi barədə məlumat verilir.  

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Samsung Galaxy S8" və "Galaxy S8 Plus" smartfonlarında alış-verişin baxışla təsdiqi funksiyası əvvəlcə Cənubi Koreya və Şimali Amerikada istifadəyə veriləcək. Bununla yanaşı, funksiyanın nə vaxt tətbiq ediləcəyi barədə məlumat verilmir.  

Hesabatda, həmçinin qeyd olunur ki, Cənubi Koreyanın maliyyə təsisatları hələ "Galaxy Note 7"smartfonu buraxılanda faktiki olaraq istifadəçilərə hesablara gözün qüzehli qişası skanerindən istifadə etməklə daxil olmağa icazə versələr də, o zaman alış-verişin baxışla təsdiqi ilə bağlı söhbət getməyib. Beləliklə, bu, smartfondan alış-veriş üçün ödənişi baxışla təsdiq etməklə həyata keçirilən ilk hadisə olacaq.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Samsung Galaxy S8-lə alış-veriş baxışla təsdiqlənəcək

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.