Mobil telefon

Samsung Galaxy S8 və S8+ satışa çıxarıldı

25 Aprel 2017 08:31
1 Şərh     Baxış: 1 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Samsung" şirkətinin flaqmanları olan "Galaxy S8" və "S8+" modellərinin Kanada, Cənubi Koreya, ABŞ və Puerto-Riko bazarlarında satışlarına start verilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Rusiyada yeniliyi aprelin 28-dən başlayaraq əldə etmək mümkün olacaq. Hazırda isə sifarişlər etmək mümkündür.
 
Daha öncədən sifarişlər vermiş Koreya və ABŞ-dan olan istifadəçilər artıq "Samsung"un S8 və S8+ flaqman modellərini əldə etməyə başlayıblar. Şəbəkədə isə yenilikdən o qədər razı olmayan simaların rəyləri yayılmağa başlayıb. Displeyinin müəyyən qırmızı çalarları görüntülənib, həmçinin tam işlənilməmiş səsli köməkçi funksiyası nəzərə çarpıb. ABŞ və Koreya mobil operatorları anbarlarda "Galaxy S8+" modellərində müəyyən qıtlığın müşahidə olunduğunu da təsdiq edirlər.
 
Artıq üzümüzə gələn bazar ertəsindən smartfonlar digər ölkələrin bazarlarına da çıxarılacaq. Rusiyada sifarişlə bu smartfonun qiyməti 54 990 - 59 990 rubl və ya 1 666 - 1 818 manat təşkil edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.