Mobil telefon

iPhone 8-in çertyoju internetə sızdırılıb

25 Aprel 2017 07:43
0 Şərh     Baxış: 1 297
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bloqer Sonni Dikson "Twitter" sosial şəbəkəsində öz səhifəsində yeni "iPhone 8" korpusunun sxemini dərc edib. Şəkildə smartfonun arxa qapağı təsvir edilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, sxemin şəklinə əsasən söyləmək olar ki, "Touch ID" barmaq izi skaneri arxa qapağa keçiriləcək. "Pacific Crest Securities" şirkətinin analitiki Endi Xarqrivz düşünür ki, "Apple" şirkəti skanerin smartfonda displeyin alt hissəsinə inteqrasiyası problemilə üzləşdiyinə görə ondan imtina edə bilər.

Çertyoja əsasən, smartfon virtual reallıq məzmununun çəkilişi üçün şaquli istiqamətdə yerləşmiş ikiqat kamera ilə təchiz ediləcək. Həmçinin telefonun korpusunun ölçüləri məlumdur: hündürlüyü 149,5 mm, eni 72,5 mm. Şayiələrə görə, "iPhone 8" smartfonunun qalınlığı 8,6 mm təşkil edəcək.

Şirkətin son patentlərinə əsasən, "iPhone 8" smartfonunun korpusu maye metaldan düzəldiləcək. Maye metal sirkonium, titan, nikel, mis və başqa metalların xüsusi ərintisidir və strukturuna görə şüşəyə oxşayır. Amma çox möhkəmdir, korroziyaya qarşı davamlıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.