Mobil telefon

Simsiz qulaqlıqlar öz sahibini izləyir

22 Aprel 2017 08:41
0 Şərh     Baxış: 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bose" qulaqlıqlarının istehsalçısı istifadəçi məlumatlarını qanunsuz toplamaqda ittiham olunur. Belə ki, Kayl Zak "Bose" mobil proqramı vasitəsilə istifadəçilərin izlənməsi faktını aşkar edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, o, "QuietComfort" qulaqlığının sahibidir. "Reuters" nəşrinin məlumatına görə, Kayl Zak "Bose" mobil proqramından istifadə zamanı şəxsi məlumatların kənar serverə gizli ötürülməsini qeydə alıb. Məlum olub ki, mobil tətbiq dinlənilmiş treklər haqda informasiyanı toplayaraq kommersiya məqsədilə üçüncü şəxsə ötürür. "Bose Connect" mobil proqramında hesab açmaq üçün şəxsiyyət vəsiqəsi məlumatlarının daxil edilməsini nəzərə aldıqda bu işin nə qədər təhlükəli olduğu aydın olur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.