Mobil telefon

16 meqapiksellik ön kameralı smartfon göstərildi

22 Aprel 2017 08:01
0 Şərh     Baxış: 886
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın "Sharp" şirkəti qabaqcıl "Aquos R" smartfonunu təqdim edib. Sözügedən qurğu yüksək təsvir ölçülü kameralarla təchiz edilib.

Yeni aparat 2560 x 1440 piksel təsvir ölçülü 5,3 düymlük "IGZO" displey, "HDR10" texnologiyası, yüksək məhsuldarlıqlı "Qualcomm Snapdragon 835" prosessoru, 4 QB-lıq əməli və 64 QB-lıq daimi yaddaşla təchiz edilib. Çıxarılıb taxılan "microSD" daşıyıcısı mövcuddur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, əsas kamera 22,6 meqapiksellik matrisə və işıq diodu işıqlandırıcısına malikdir. Ön kameranın təsvir ölçüsü 16 meqapikseldir.

Telefon metal və şüşədən düzəldilmiş korpusa malikdir. Smartfonun digər  özəlliyi "IPx8" standartı üzrə suya qarşı davamlı olmasıdır.

Cihazın fiziki ölçüsü 153x74x8,7 mm-dir və "Android 7.1" mobil əməliyyat sistemi ilə işləyir. "Quick Charge 3.0" sürətli enerji doldurma funksiyasını dəstəkləyən akkumulyator batareyasının tutumu 3160 milliamper/saatdır.

"Aquos R" modelinin satışa çıxarılma tarixi və qiyməti haqda məlumat yoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.