Mobil telefon

Smartfonlar şüşələri özləri bərpa edəcək

20 Aprel 2017 08:21
0 Şərh     Baxış: 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kaliforniya Universitetinin alimləri tərəfindən smartfonlar üçün yaradılmış şüşə öz-özünə bərpa olunmaq qabiliyyətinə malikdir. Elmi qrupun direktoru Çao Van deyib ki, yeni şüşə müxtəlif çat, cızıq və kəsiklərə qarşı son dərəcə davamlıdır.
 
"Yaratdığımız şüşə elektrik cərəyanını keçirdiyinə görə onun smartfon və başqa mobil texnikanın displeyi qismində istifadəsi son dərəcə məqsədəuyğundur" - alim izah edib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Çao Vanın iddiasına görə, yaradılmış şüşə material iki hissəyə bölündüyü halda bir sutka ərzində həmin hissələr yenidən bitişəcək. Yeni şüşə, həmçinin çox elastikdir və dartıldıqda ilkin ölçüsündən 50 dəfə daha uzun olur.
 
Alim yaxın 3 ildə bazara çıxarılacaq yeni şüşə materialın gündəlik həyatımızı dəyişdirəcəyinə əmindir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.