Mobil telefon

Nokia 3310 satılacaq

20 Aprel 2017 07:11
1 Şərh     Baxış: 1 380
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Nokia 3310" smartfonunun yenilənmiş versiyası bu ilin mayında satışa çıxarılaraq müasir Avropa bazarını fəth edəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni "Nokia 3310" 320x240 piksel təsvir ölçülü 2,4 düym ekranla təchiz edilib. Həmçinin qurğu 2 meqapikselli kameraya malikdir və "microSD" yaddaş kartını dəstəkləyir. Əvvəlki modellə müqayisədə telefon nazik və yüngüldür.

İstehsalçı nümayəndələrinin sözlərinə görə, bir dəfə enerji ilə doldurulan batareya 22 saatlıq danışıq üçün kifayət edir ki, bu da orijinal qurğuya nisbətdə 10 dəfə çoxdur.

Boz, qara, göy, qırmızı və sarı rənglərlə satışa çıxarılacaq telefonun qiyməti 49 avro təşkil edəcək. Şirkət nümayəndələri qeyd edirlər ki, qurğu artıq satışa çıxarılmazdan əvvəl populyarlığa görə rekorda imza ataraq 3 min ilkin sifariş qəbul edib.  

Qeyd edək ki, 2000-ci ilin sonunda buraxılan "Nokia 3310" modelinin satışı 126 milyonu ötüb. İnternetdə aparatın dünyada ən möhkəm materialdan düzəldilməsinin xarakterizə edilməsi barədə məlumatlar geniş yayılıb. Belə ki, Britaniya KİV-i 17 il əvvəl satın alınan və indiyədək işləyən "Nokia 3310" modelini tapıb ictimaiyyətə təqdim edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.