Mobil telefon

Gələn il iPhone tam fərqli olacaq

15 Aprel 2017 08:41
0 Şərh     Baxış: 979
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Cowen and Company" şirkətinin analitiki Timoti Arkuri məlumat verib ki, cari ildə "iPhone" smartfonunun hər üç modeli 3 QB-lıq əməli yaddaşla təchiz ediləcək. Onun sözlərinə görə, smartfonlar sürətli enerji doldurma texnologiyasını dəstəkləyəcək.

Məlumata görə, 2017-ci ildə "iPhone" smartfonunun 4,7 və 5,5 düymlük versiyaları 32, 128 və 256 QB tutumunda fləş yaddaşa malik olacaqlar. 5,8 düymlük ekranla təchiz ediləcək variant isə 64 və 256 QB-lıq konfiqurasiyalarda əlçatan olacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, əməli yaddaşın tutumunun artırılması smartfonun yaddaşında daha çox məlumat saxlamağa imkan verəcək. Məsələn, indi "Safari" brauzerində çoxlu vərəq açıldığı halda brauzer onlara keçid zamanı bəzi səhifələri yenidən yükləyir. Artıq bu problem öz həllini tapacaq.

Arkuri, həmçinin analitik Min-Çi Kuo tərəfindən bu yaxınlarda "iPhone" smartfonunun hər üç modelində "Lightning" konnektorundan istifadə ediləcəyi ilə bağlı səsləndirilmiş məlumatı təsdiqləyib. Gözləntilərə görə, yeni "Lightning" konnektoru "iPhone"nun enerji ilə doldurulma sürətini artıracaq.

"Cowen and Company" şirkətinin tədqiqatı "Apple" şirkətinin tədarükçülərinin informasiyasına əsaslanır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.