Mobil telefon

43 milyon iPhone istifadəçisi pərişan olacaq

15 Aprel 2017 08:31
0 Şərh     Baxış: 1 199

"iOS 11" əməliyyat sisteminin illik yenilənməsi və mobil qurğuların texniki tələblərinə dəyişikliklərə görə əksər "iPhone" istifadəçiləri onu quraşdırmaq imkanından məhrum olacaq. Bununla əlaqədar olaraq "Apple" şirkəti köhnəlmiş qurğuların dəstəklənməsini dayandıracaq, "iPhone" smartfonlarının çoxu yalnız "iOS 10" sistemini dəstəkləyəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, mütəxəssislərin məlumatına görə, əməliyyat sisteminin yeni versiyası müasir, daha təkmil qurğular üçün nəzərdə tutulub. Otuz iki giqabaytlıq qurğuların dəstəklənməsi yenilənmiş "iOS" sistemində də istisna edilməyən səhvlərə səbəb ola bilər.  

Yenilənmiş proqram təminatı əldə etmək istəyən istifadəçilərə "Apple" şirkətinin "iOS 11" sisteminə uyğunlaşdırılan yeni smartfon modellərini almaq tövsiyə olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.