Mobil telefon

Metal korpuslu iki Nokia göstəriləcək

18 Mart 2017 08:11
0 Şərh     Baxış: 605

"Nokia" brendinin sahibi "HMD Global" şirkəti metal korpuslu "Nokia 7" və "Nokia 8" smartfonlarını təqdim etməyi planlaşdırır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ilkin məlumata görə, smartfonların aparat platformasının əsasını birkristallı "Qualcomm Snapdragon 660" prosessoru təşkil edəcək.

Bildirilir ki, "Nokia 8" "Quad HD" (1440 x 2560 piksel) təsvir ölçüsünə malik ekranla təchiz ediləcək. Öz növbəsində "Nokia 7" smartfonunun displeyinin təsvir ölçüsü 1080 x 1920 pikselə bərabər olacaq. Qurğunun ekran diaqonalının da kiçik olacağı ehtimal edilir.

"Carl-Zeiss" optik kamera modulu ilə təchiz ediləcək "Nokia 8" smartfonunun foto imkanları geniş olacaq. Daktiloskopik sensorlara malik qurğular simsiz enerjidoldurmanı dəstəkləyəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.