Mobil telefon

Uzan ailəsi “Vertu”ya sahib oldu

16 Mart 2017 08:45
0 Şərh     Baxış: 6 332

Bahalı smartfonlar istehsalçısı olan "Vertu" şirkətinin sahibi dəyişib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, mərkəzi ofisi İngiltərədə olan şirkəti Kiprdə fəaliyyət göstərən və türkiyəli iş adamı Hakan Uzana məxsus "Baferton ltd." 50 milyon funt-sterlinqə satın alıb. Alıcının nümayəndəsi qeyd edib ki, şirkətin yeni sahibi onun potensialını tam açmaq üçün "Vertu"ya investisiya qoymağa hazırdır.
 
Lüks smartfonlar buraxan "Vertu" 1998-ci ildə "Nokia" şirkəti tərəfindən təsis edilib, 2012-ci ildən bəri 3 dəfə alınıb-satılıb. Onun ilk iki alıcısı İsveçin "EQT VI" şirkəti, sonra isə Honkonqun "Godin Holdings" Fondu olub. İsveç şirkəti "Vertu"nu 200 milyon avroya alıb, ikinci sövdələşmənin miqdarı isə məlum deyil.
 
Türkiyəli iş adamı Hakan Uzan məşhur Uzan ailəsinin nümayəndəsidir və Cem Uzanın qardaşıdır. Ailə keçmişdə "Nokia" şirkətinə qarşı fırıldaqçılıqla ittiham olunub. Türkiyə hüquq-mühafizə orqanları da ailəyə qarşı ittihamlar irəli sürüb. Nəticədə Uzan ailəsi Türkiyəni tərk edib. Onların hazırkı daimi yaşayış yeri barədə məlumat yoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.