Mobil telefon

“Moto G5”in satışına başlandı

16 Mart 2017 08:25
0 Şərh     Baxış: 703

Avropa ölkələrində Çinin "Lenovo" şirkətinin istehsalı olan yeni "Moto G5" smartfonunun satışına start verilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ilk olaraq satışlara Hollandiyada başlanıb.
 
"Moto G5" və "Moto G5 Plus" modellərinin təqdimatı Barselonada keçirilən "MWC 2017" sərgisi çərçivəsində baş tutub.
 
Yeni cihaz metal korpus əsasında hazırlanıb. "Full HD" və iki kameraya malikdir: 13 meqapiksel əsas və 5 meqapiksel arxa kamera. Smartfonun 2-3 Gb daxili yaddaşı olsa da, yaddaş həcmini 16 və ya 32 Gb artırmağa imkan var. Cihaz "Android" əməliyyat sistemi ilə işləyir.
 
"Moto G5" eyni anda 2 sim-kart istifadə etməyə hesablanıb. Yeni məhsul Hollandiyada 199 dollardan satılmağa başlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.