Mobil telefon

Elastik smartfonlar satılacaq

16 Mart 2017 07:41
0 Şərh     Baxış: 759

Bir neçə nəhəng şirkət eyni vaxtda bükülən ekranla təchiz edilmiş yeni nəsil smartfonların yaradılması ilə məşğuldur. Şayiələrə görə, "Samsung", "Lenovo", "Apple" və "Microsoft" şirkətləri bükülən ekranlar üzərində iş aparırlar, ancaq displey üçün elastik və şəffaf materialın yaradılması əsas problemdir. Elastik ekranlar bazarında lider olan "Kolon Industries" şirkəti bükülən displeylərin yaradılmasına çox yaxındır. Məlumata görə, artıq 2018-ci ildə sözügedən materialın yaradılması reallaşa bilər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun professoru Bey yeni materialın yaradılması haqda məlumat verib. Yeni yaradılmış material 200 min dəfədən çox bükülmək qabiliyyətinə malikdir. Bundan başqa, material cızıq və zədələrə qarşı dayanıqlıdır. Bir sıra sınaqlardan sonra məlum olub ki, siloksan hibrid material şüşə kimi möhkəm, plastik və rezin  kimi elastikdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.