Mobil telefon

Çərçivəsiz telefonlara bir yenisi daha əlavə olundu

14 Mart 2017 08:51
0 Şərh     Baxış: 6 567
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son dövrdə bir xeyli artan çərçivəsiz ağıllı telefonlara bir yenisi daha əlavə olundu. Çinli firma Maze-in yeni ağıllı telefonu Alpha rəsmi olaraq təqdim olundu.

Şübhəsiz ki, bu ilin xüsusi ağıllı telefon trendlərindən biri çərçivəsiz ağıllı telefonlar olacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, ötən ilin sonu Xiaomi Mi Mix ilə alovlanan bu axımın, bu il bir çox fərqli ağıllı telefon istehsalçısı tərəfindən izlənilməsi gözlənilir.

Qarşıdakı günlərdə təqdim olunacaq Galaxy S8 və S8 Plus modellərinin yanında, Çinin bəzi xüsusi istehsalçıları da bu xüsusiyyəti ilə diqqət çəkən telefonlar təqdim edəcək.

Yeni çərçivəsiz Telefon: Maze Alpha

Çinin ağıllı telefon istehsalçılarından biri olan Maze, iki arxa kamera və çərçivəsiz quruluşu ilə diqqət çəkən yeni ağıllı telefonu Maze Alpha-yı təqdim etdi.

Telefonun bütün texniki xüsusiyyətləri hələ açıqlanmayıb. 6 inç ekran ölçüsünə sahib olduğu ifadə edilən telefon, Corning Gorilla Glass 4 ilə qorunur. Android 7.0 Nougat əməliyyat sistemiylə işləyən cihaz, iki arxa kamera təqdim edir.

Telefonun prosessor, RAM və daxili yaddaş saxlama kimi digər texniki xüsusiyyətləri isə qarşıdakı günlərdə açıqlanacaq. Əlavə olaraq telefonun qiyməti də yenə qarşıdakı günlərdə bilinəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.