Mobil telefon

Android-də 100 boşluq ləğv olundu

14 Mart 2017 07:11
0 Şərh     Baxış: 490

"Google" şirkəti 2017-ci ildə "Android" mobil əməliyyat sistemi üçün üçüncü təhlükəsizlik yeniləməsini çıxarıb. Yeni yeniləmə paketində aradan qaldırılmış 105 boşluqdan  35-i "kritik" statusa malikdir.
İnternet nəhəngi 2017-ci ilin əvvəlindən 253 boşluq üçün düzəliş çıxarıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, 9 kritik boşluq "Mediaserver" adlı komponentin payına düşür. Bu boşluqlar müdaxilə olunmuş sistemlərdə kodun uzaq məsafədən yerinə yetirilməsi imkanı ilə bağlıdır. Haker tərəfindən yaradılmış xüsusi mediafaylın emalı yaddaşda informasiya bütövlüyünün pozulmasına səbəb olur.
 
Bundan başqa, xidmətdən imtina ilə nəticələnən "high" statuslu ("yüksək təhlükə") 7 boşluq və "orta təhlükə" statuslu iki səhv "Mediaserver" komponentinə aiddir.
 
Bundan başqa, "MediaTek" (CVE - 2017-0500 - CVE - 2017-0506) komponenti, "NVIDIA" (CVE - 2017-0337 - CVE - 2017-0335) və "Qualcomm" (CVE - 2016-8479) qrafik çiplərinin drayverləri, nüvənin şəbəkə alt sistemi (CVE - 2016-9806, CVE - 2016-10200)  və "ION" alt sistemi (CVE - 2017-0507 - CVE - 2017-0508) və başqa komponentlərdə kritik boşluqlar qeydə alınıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.